SOS Uşaq Kəndinin sakinləri “Neftçi”nin məşqini izlədi
“Neftçi” PFK ilə “LU-MUN Holding” şirkətinin başlatdığı Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində bu gün SOS Uşaq Kəndinin sakinləri yeni mövsümə hazırlaşan komandamızın məşqində iştirak edib.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş zamanı uşaqlar əvvəlcə futbolçularla görüşüb, söhbət edib, daha sonra birlikdə topla oynayıblar. Onlar hazırladıqları hədiyyəni baş məşqçi Samir Abasova təqdim ediblər. Birlikdə xatirə şəkli çəkdirdikdən sonra komandamızın məşqini kənardan izləyiblər. Sonda uşaqlar təlim-məşq bazasının 4-cü meydançasında bölüşərək futbol oynayıblar.
Qeyd edək ki, “Neftçi” PFK ilə “LU-MUN Holding” birlikdə bu cür tədbirləri il ərzində davamlı olaraq hayata keçirəcəklər.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25