“Neftçi” yeni mövsümün hazırlığına başladı
“Neftçi” yeni mövsümün hazırlığına start verib. Komandamızın üzvləri təlim-məşq toplanışı çərçivəsində bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə ilk məşqə çıxıblar. Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə ayın 16-dan 30-dək Sloveniyada təşkil olunacaq. “Ağ-qaralar” bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.