“Neftçi” yetirməsi ilə müqavilənin müddətini artırdı
“Neftçi” PFK yetirməsi Ömər Buludovla müqavilənin müddətini uzadıb. Anlaşmaya əsasən, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/2018 mövsümündən etibarən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.