“Neftçi” “U-17 Kuboku”nun finalına adlaya bilmədi

24 may 2021, 17:55

“Neftçi” “U-17 Kuboku”nun 1/2 mərhələsində cavab oyununu keçirib. U-17 komandamız Qəbələ şəhər stadionunda eyniadlı komandaya 0:1 hesabı ilə uduzaraq, iki matçın nəticəsinə görə mübarizəni dayandırıb. “Ağ-qaralar” ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Neftçi” ilk mərhələdə “Səbail”dən (2:1, 2:2), 1/4 finalda isə “Sabah”dan (1:2, 3:1) üstün olmuşdu.