“Neftçi” “U-17 Kuboku”nun yarımfinalında qələbə qazandı

21 may 2021, 18:05

“Neftçi” “U-17 Kuboku”nun 1/2 mərhələsində ilk oyununu keçirib. Komandamız “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Oruc Məmmədov və Ağadadaş Salyanski vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. “Neftçi” ilk mərhələdə “Səbail”dən (2:1, 2:2), 1/4 finalda isə “Sabah”dan (1:2, 3:1) üstün olub.