“Neftçi-2” kubok və qızıl medallara qovuşdu

17 may 2021, 20:37

“Neftçi-2” I Divizionda mövsümün son oyununu keçirib. Əvəzedicilərimiz 27-ci turda “Zaqatala”ya 4:0 hesabı ilə qalib gəliblər. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Asim Əlizadə (15-ci dəqiqə), Vüqar Həsənov (19-cu dəqiqə), Nicat Musayev (73-cü dəqiqə) və Vüsal Əsgərov (81-ci dəqiqə) vurublar.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi-2”nin üzvləri qızıl medallarla təltif olunublar. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionluq kubokunu komandamızın kapitanı Seymur Əliyevə təqdim edib.

Qeyd edək ki, “Neftçi-2” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi.