6 futbolçumuz U-16 milli komandasında

11 may 2021, 13:26

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın11-dən 16-dək Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Ağasi Məmmədov, Rəvan Səfərli, Ceyhun Bağırov, Səbuhi İmaməliyev, Murad Məmmədov və Vüqar Bağırov çağırılıb.

Qeyd edək ki, Miloş Velebitin rəhbərliyi altında keçiriləcək hazırlıq prossesinə Elit-məşq layihəsinin bölgələrdə fəaliyyət göstərən baş məşqçiləri də dəvət olunacaq.