“Neftçi” “U-17 Kuboku”na qələbə ilə başladı

9 may 2021, 21:00

Bu gün “U-17 Kuboku”na start verilib. “Neftçi”nin U-17 komandası birinci mərhələnin ilk oyununda “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Oruc Məmmədov və Bahadur Quliyev vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 12-də “ASCO Arena”da keçiriləcək. Bu cütün qalibinin 1/4 finaldakı rəqibi “Sabah” olacaq.