“Səbail” – “Neftçi” matçını Elçin Məsiyev idarə edəcək

7 may 2021, 15:07

Premyer Liqada 26-cı turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.

Qeyd edək ki, mayın 8-i “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 20:15-də başlanacaq.