“Neftçi-2” çempion!

6 may 2021, 20:00

“Neftçi-2” I Divizionda sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. 25-ci turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən əvəzedicilərimiz ardıcıl 10-cu qələbəsini qazanmaqla buna nail olub. Yeganə qolu “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 65-ci dəqiqəsində İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, 25 oyundan 61 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi, bir oyun az keçirmiş “Zaqatala”nı 11 xal qabaqlayır.