“Keşlə” ilə matçı Əliyar Ağayev idarə edəcək
Premyer Liqada 25-ci turun təyinatları açıqlanıb. “Keşlə” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. Hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Bəhram Qurbanov olacaq.
Qeyd edək ki, “Keşlə” – “Neftçi” oyunu mayın 3-ü saat 18:00-da “ASK Arena”da keçiriləcək.