“Neftçi Esports” çempion!

28 aprel 2021, 22:35

“Neftçi Esports” bu gün E-Milli Liqada çempionluğu rəsmiləşdirib. Komandamız 13-cü turda “Keşlə”ni 8:4 hesabı ilə məğlub etməklə sona bir tur qalmış buna nail olub.

Qeyd edək ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 13 oyundan 36 xal toplayan “Neftçi Esports” sonuncu turda “Sumqayıt”la qarşılaşacaq.