“Neftçi-2” şəriksiz lider oldu

20 aprel 2021, 18:24

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 18-ci turdan təxirə salınmış oyunda “Sabah-2”ni 2:0 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan matçda qolları Vüsal Əsgərov (32-ci dəqiqə) və Famil Camalov (74-cü dəqiqə) vurublar.

Qeyd edək ki, bununla da ən yaxın izləyicisini 3 xal geridə qoyan “Neftçi-2” 52 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.