“Qəbələ” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq

5 aprel 2021, 11:05

Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Aprelin 10-u Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 21 oyundan 42 xalla 2-ci yeri tutur.