“Neftçi” – “Sumqayıt” matçı saat 16:30-da başlanacaq

27 mart 2021, 11:30

Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun başlanma saatı açıqlanıb. Aprelin 4-ü “Bakcell Arena”da baş tutacaq görüş saat 16:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 20 oyundan 42 xalla 1-ci yeri tutur.