“Neftçi”nin 6 futbolçusu U-21 milli komandasında

12 mart 2021, 18:50

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 14-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü dəvət olunub. Bunlar Mert Çelik, Fərid Yusifli, Vüsal Əsgərov, Seymur Əliyev, Asim Əlizadə və Nazim Məmmədzadədir.