6 futbolçumuz milli komandalarda

25 yanvar 2021, 10:00

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları bu gündən Bakıda təlim-məşq toplanışına başlayır. Fevralın 7-dək keçiriləcək U-19-un hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Fərid Yusifli, Mirəli Əhmədov və Rza Cəfərov, ayın 4-dək davam edəcək U-17-nin toplanışına da 3 futbolçumuz – Rüfət Abbasov, Ömər Qurbanov və İbrahim İbrahimli dəvət olunub.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçiblər.