“Neftçi” – “Keşlə” matçı “CBC Sport”da

8 yanvar 2021, 15:00

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində yanvarın 14-ü “Keşlə” ilə keçirəcəyi yoxlama oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:00-da deyil, 17:00-da başlanacaq. Buna səbəb matçın “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanmasıdır.

Qeyd edək ki, oyun “Bakcell Arena”da baş tutacaq.