"Neftçi"nin 9 futbolçusu milli komandalarda
Yanvarın 24-ü Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 16 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında seleksiya xarakterli iki matç keçiriləcək. Oyunlara "Neftçi” PFK-nın 9 üzvü dəvət olunub. Ümid Tağızadə, Fariz Xeyrullayev, Oruc Məmmədov, Ağadadaş Salyanski və Elcan Əbilov U-17-yə, Rüfət Abbasov, İbrahim İbrahimli, Telman Bağırov və Ömər Qurbanov isə U-16-ya çağırılıb.