"Neftçi-2" qələbə qazandı

7 fevral 2020, 11:00

"Neftçi-2” qış fasiləsindən sonra I Divizionda ilk oyununu keçirib. Komandamız 14-cü turda "Keşlə-2”yə qalib gəlib – 1:0. Qələbə qolunu "AZAL Arena”da baş tutan görüşün 78-ci dəqiqəsində Əlibəy Məmmədli vurub.

Qeyd edək ki, "Neftçi-2” 13 oyundan 21 xalla 5-ci yeri tutur.