"Qəbələ" ilə səfər oyununu Əliyar Ağayev idarə edəcək

21 fevral 2020, 13:00

Premyer Liqada 18-ci turun təyinatları açıqlanıb. "Qəbələ” – "Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Hakim-inspektor Rövşən Əhmədov, AFFA nümayəndəsi isə Mübariz Hüseynov olacaq.

Qeyd edək ki, fevralın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 15:00-da başlanacaq.