"Səbail"lə oyunun biletləri satışda

29 fevral 2020, 15:00

Premyer Liqanın 19-cu turu çərçivəsində sabah saat 17:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyununun biletləri satışa çıxarılıb. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.