Mamadu Kane: "Sonadək mübarizə aparacağıq"

1 mart 2020, 23:30

"Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane "Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Qvineyalı futbolçu komandanın çempion olmaq üçün sonadək mübarizə aparacağını bildirib:

"Oyunun böyük hissəsini yaxşı keçirdik. Rəqibdən üstün idik, amma çox təəssüf ki, son 10 dəqiqədə oyuna nəzarəti itirdik. Bu da qol buraxmağımızla nəticələndi. Bununla belə, çempionluq yürüşünün bitdiyini düşünmürəm. Sonadək mübarizə aparacağıq. Sonda çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.