"Sabah"la oyunun biletləri satışda

6 mart 2020, 15:00

Premyer Liqanın 20-ci turu çərçivəsində sabah saat 18:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyununun biletləri satışa çıxarılıb. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.