"Neftçi" – "Zirə" oyunu saat 18:00-da başlanacaq

9 mart 2020, 13:00

Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun başlanma saatı açıqlanıb. Martın 15-i "Bakcell Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, AVRO-2020 ilə əlaqədar olaraq aprelin 12-dən etibarən "Bakcell Arena”da renovasiya işləri aparılacağına görə Peşəkar Futbol Liqası təqvimdə 3-cü dövrənin "Zirə” – "Neftçi” oyunu ilə 4-cü dövrənin "Neftçi” – "Zirə” görüşünün yerini dəyişdirib.