“Neftçi-2” liderə məğlub oldu

3 dekabr 2020, 17:30

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 8-ci turda lider “Turan Tovuz”a məğlub olub – 0:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda yeganə qolu 48-ci dəqiqədə Elçin Qasımov vurub.

Qeyd edək ki, “Neftçi-2” 8 oyundan 14 xalla 3-cü yeri tutur.