10 futbolçumuz milli komandada

7 noyabr 2020, 19:00

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının noyabrın 11-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq. Noyabrın 16-dək keçiriləcək U-19-un hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Fərid Yusifli, Mirəli Əhmədov, Rza Cəfərov və Ramin Tağıyev, ayın 20-dək davam edəcək U-17-nin toplanışına isə 6 futbolçumuz – Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski, Elcan Əbilov, Əfqan Nuriyev və Rəvan Kazımlı dəvət olunub.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.