“Neftçi” veteranları prezidentə müraciət etdilər

23 oktyabr 2020, 14:55

“Neftçi” futbol klubunun Rusiyada yaşayan keçmiş futbolçuları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üç rəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!

SSRİ idman ustaları:

Tofiq Abbasov

Rafiq Əli-Zadə

Rinat Kamalitdinov

Rafiq Quliyev

Vyaçeslav Lyoqkiy

Nikolay Smolnikov

İqor Çeremisov

Vitali Şevçenko”