7 futbolçumuz milli komandada

22 oktyabr 2020, 13:00

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının oktyabrın 23-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq. Oktyabrın 27-dək keçiriləcək U-19-un hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Fərid Yusifli, Mirəli Əhmədov və Rza Cəfərov, noyabrın 3-dək davam edəcək U-17-nin toplanışına isə 4 futbolçumuz – Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski və Elcan Əbilov dəvət olunub.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.