"Neftçi-2" "Qarabağ-2" ilə heç-heçə etdi

25 yanvar 2020, 17:00

"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Əvəzedicilər "Qarabağ-2” ilə heç-heçə edib – 1:1. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə komandamızın qolunu Hüseyn Hüseynzadə vurub.

Qeyd edək ki, "Neftçi-2” bundan əvvəlki sınaq matçlarında "Qaradağ Lökbatan”a (3:2) və MOİK-ə (4:0) qalib gəlmişdi.