"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşıb

20 yanvar 2020, 19:00

"Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Komandamız "Gloria Sports Arena”da "Dinamo” (Kiyev) klubu ilə qarşılaşıb. Oyundan əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və futbolçularımız meydana qara sarğı ilə çıxıblar. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Rəqibin heyətində Vitali Mikolenko (12-ci dəqiqə) və Nazari Rusin (19-cu dəqiqə), komandamızdan isə Vanqelis Platellas (69-cu dəqiqə) fərqlənib.

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 18.Tural Axundov, 77.Donald Gerye, 93.Soni Mustivar.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 17.Rəhman Hacıyev, 26.Ömər Buludov, 27.Nabi Silla, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, "Neftçi” sonuncu sınaq matçını yanvarın 24-ü "Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu "Desna”ya qarşı keçirəcək.