"Neftçi" – "Dinamo" (Kiyev) oyunu saat 18:00-da başlanacaq

18 yanvar 2020, 13:00

Türkiyə toplanışı çərçivəsində keçiriləcək "Neftçi” – "Dinamo” (Kiyev) oyununun başlanma saatı açıqlanıb. Yanvarın 20-si "Gloria Sports Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, yanvarın 15-i Polşanın "LKS Lodz” klubu ilə qarşılaşmış "Neftçi” ayın 24-ü Ukraynanın "Desna” klubu ilə üz-üzə gələcək.