13 yaşlı futbolçumuz U-17 milli komandasında

10 yanvar 2020, 19:00

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçəcək. Yanvarın 12-dən 18-dək davam edəcək hazırlıq prosesinə "Neftçi” PFK-nın qızlardan ibarət U-13 komandasının üzvü Aydan Həsənova da dəvət olunub.