“Neftçi” “Qarabağ”a qalib gəldi

20 sentyabr 2020, 22:30

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 3-cü turda “Qarabağ”a qalib gəlib – 2:1. “Azərsun Arena”da baş tutan görüşdə hesabı rəqib açsa da, “ağ-qaralar” əvvəlcə hesabı bərabərləşdirməyi, sonra isə qələbə qolunu vurmağı bacarıb. “Qarabağ”dan Kvabena Ovusu (10-cu dəqiqə), “Neftçi”dən isə Voislav Stankoviç (12-ci dəqiqə) və Namik Ələskərov (68-ci dəqiqə) fərqlənib.

“Neftçi”: 30.Aqil Məmmədov, 2.Cabir Əmirli, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Saman Nərimancahan, 13.Prins İbara (22.Mirabdulla Abbasov, 62), 24.Yusuf Laval (91.Tallison Dias, 85), 26.Ömər Buludov (27.Fərid Yusifli, 90+2), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 29.Sabir Buqrin, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı.