“Neftçi Esports” qrup lideri kimi 1/8 finalda

23 iyul 2020, 21:45

“Neftçi Esports” E Milli Liqanın E qrupunda son oyunlarını keçirib. “Ağsu Siti” ilə birinci görüşdə 3:0 hesabı ilə qalib gələn komandamız cavab matçında uduzub – 2:3. Bununla da ümumi hesabda 5:3 hesabı ilə qələbə qazanan “ağ-qaralar” qrup lideri kimi 1/8 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi Esports” bundan əvvəl “Qoşqar”ı 11:1 (6:1, 5:0), “Ərkivan”ı isə 9:1 (4:1, 5:0) hesabı ilə məğlub etmişdi.