Haqqında

  • “Neftçi”nin avrokuboklarda debütü məhz bu turnirə təsadüf edib.

    Bu, flaqmanın Kuboklar Kubokunda ilk və son çıxışı olub. Komandamız 1995/1996 mövsümündə qatıldığı yarışda Kiprin APOEL klubu ilə qarşılaşıb. Baş məşqçi Vaqif Sadıqovun yetirmələri 1995-ci il avqustun 10-da səfərdə məğlub olublar – 0:3.

    İki həftə sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən cavab matçında qapılara qol vurulmayıb və “Neftçi” mübarizəni dayandırıb.