Aydın İbrahimov

  • Dönəm:

    1988-1997

  • Doğum tarixi:

    17.09.1938

1938-ci il sentyabrın 17-də Gəncə şəhərində anadan olub. 

Peşəkar güləşçi, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi Aydın İbrahimov "Neftçi" PFK-nın ilk prezidentidir. 1988-1997-ci illərdə klubun rəhbəri olub.

Komanda bu dövrdə Azərbaycan çempionatının (1992, 1995/1996, 1996/1997) və kubokunun (1994/1995, 1995/1996) qalibi olub.

Aydın İbrahimov idmançı kimi 1963-cü ildə güləş üzrə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə isə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.

Aydın İbrahimov 2021-ci il sentyabrın 2-də koronavirusdan müalicə aldığı klinikada dünyasını dəyişib.