Sadıq Sadıqov

  • Dönəm:

    2010-2015

  • Doğum tarixi:

    09.11.1965

9 noyabr 1965-ci ildə anadan olub 

Sadıq Sadıqov 2010-2015-ci illərdə “Neftçi” PFK-nın prezidenti vəzifəsini icra edib.

Komanda bu dövrdə Azərbaycan çempionatının (2010/2011, 2011/2012, 2012/2013) və kubokunun (2012/2013, 2013/2014) qalibi olub. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

O, idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.

Hazırda "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.