Tallison Diaz: “Bu böyük klubda oynamaq fürsətim olduğu üçün çox xoşbəxtəm” (VİDEO)

27 iyul 2020, 17:00

Yeni transferimiz, braziliyalı Tallison Diaz “Neftçi TV”yə müsahibə verib:

“Bu böyük klubda oynamaq fürsətim var deyə, çox xoşbəxtəm. Çox sevincli və həvəsliyəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəm. Burada ancaq yaxşı şeylər gözləyirəm. Komanda yoldaşlarımla böyük işlər görə bilərik. Hamımız birlikdə çalışmalıyıq ki, qarşıdan gələn çempionat və Avropa Liqası oyunlarında daha da irəli getmək üçün əlimizdən gələni edək. Əsas məqsədim bu komandanın formasını geyinməklə bacardıqlarımı göstərə bilmək, komanda yoldaşlarımla birlikdə mənə inanan insanların etimadını doğrultmaqdır. Titullar qazanmaq istəyirəm. Bu mənim üçün çox önəmlidir. Məqsədim adımı klubun tarixinə yazaraq, mövqeyimi bu böyük klubda daha da çox bərkitməkdir”.