Cabir Əmirli: “Bu hissləri yaşamaq gözəldir” (VİDEO)

20 iyul 2020, 19:00

Yeni transferimiz, gənc futbolçu Cabir Əmirlinin “Neftçi TV”yə müsahibəsini təqdim edirik:

“Bu komandaya keçdiyimə görə çox sevinirəm. Belə deyim, bu hissləri ancaq yaşamaq gözəldir, sözlə ifadə etmək çətindir. İdmanda belə bir deyim var, rəqabət olan yerdə həmişə artım olur. Ona görə də, inşallah, öz oyunumla hər şeyi sübut edəcəm. Rəqabətlərdən çəkinmirəm. Sona qədər mübarizə aparacam. “Keşlə”də yarımmüdafiəçi kimi də, müdafiənin solunda da, sağında da çıxış etmişəm. Mənə doğma olan mövqe müdafiənin sağıdır, amma müdafiənin solunda və ya yarımmüdafiəçi kimi də çıxış edə bilərəm. Uşaq futbolunda da “2 nömrə” oynamışam, ona görə də “2” nömrə ilə oynamağı xoşlayıram. İlk matçda daha yaxşı oyunumu göstərəcəm ki, komandama xeyir verim. Bütün azarkeşlərin fikri önəmlidir. Onlara hörmətlə yanaşıram. Öz oyunumla bütün fikirləri yaxşı yerə yönəldəcəm. Hər bir tənqiddən nəticə çıxaracam, onun üzərində çalışacam. Elə edəcəm ki, öz oyunumla bütün azarkeşlərin sevgisini qazanım. Düzdür, azarkeşlərin fikri önəmlidir, amma bu, futbolçuya çox təsir etsə, pis nəticələnə bilər. “Neftçi”də məqsədim zirvələrə qalxmaq, daha çox uğur qazanmaqdır. Öz oyunumla əlimdən gələnin ən yaxşısını edəcəm ki, bütün azarkeşlərin sevgisini qazanım, onların ən sevimlisi olum”.