Mirabdulla Abbasov "Neftçi"yə qayıtdı

7 yanvar 2020, 18:30

"Neftçi” PFK-nın yetirməsi Mirabdulla Abbasov doğma komandaya qayıdıb. 24 yaşlı hücumçunun "Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib. O, "Neftçi”də 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi” ilə 2020/2021 mövsümünün sonunadək müqaviləsi olan Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində komandamızın heyətində 66 oyuna çıxıb, 13 qol vurub.