Samir Abasov: “Oyuna nəzarət etsək də, hər iki qolu rəqibə hədiyyə etdik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 16-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna çox yaxşı başlamışdıq, istədiyimiz hər şey alınırdı. Amma durduğumuz yerdə rəqibə hədiyyə edib qol buraxdıq. Ondan əvvəl qol epizodu yaratdıq, amma 2 metrdən qapıya düşə bilmədik. Təhlil etsək, bu, bütün oyunlarımızda baş verən prosesdir. Bu gün isə oyuna nəzarət etsək də, hər iki qolu rəqibə hədiyyə etdik. Bu cür komandalar qol vurandan sonra müdafiədə bağlanmağa başlayır ki, bu da normaldır. Bütün komandanı nəzərdə tutaraq deyirəm ki, “Neftçi”nin futbolçusu məhz belə vəziyyətlərdə keyfiyyətin hesabına üzə çıxmalıdır. Problemləri aradan qaldırmağa çalışacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Məşqçilər korpusuna yeni təyinat
A Komanda 25 yanvar 2025, 11:12 -
“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik”
A Komanda 19 yanvar 2025, 22:02 -
Üçüncü dövrəyə qollu heç-heçə ilə başladıq
A Komanda 19 yanvar 2025, 21:04 -
“Sabah”la matçın hazırlığını başa vurduq
A Komanda 18 yanvar 2025, 18:47