“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq

13 sentyabr 2024, 14:00

Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağımız “Zirə” ilə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdiririk. Bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Qeyd edək ki, sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.