“Neftçi” ÇL-də ilk oyununu keçirib
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsində bu gün ilk oyununu keçirib. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb. Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan matç “ağ-qaralar”ın 0:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bununla da ikinci mərhələyə adlamaq şansını itirən “Neftçi” ilk mərhələdə 3-cü yer uğrunda oyuna çıxacaq. Sentyabrın 7-də rəqib Albaniyanın “Vlajniya” klubuna 0:3 hesabı ilə uduzan Gürcüstan “Lançxuti”si olacaq.
Tövsiyə olunur
-
Yens Anderssonla qarşılıqlı razılıq əsasında yollar ayrıldı
Klub 18 sentyabr 2024, 17:57 -
SOCAR – 32
Klub 13 sentyabr 2024, 09:30 -
Qadın futbolçulardan ibarət komandamız ÇL-də mübarizəni dayandırdı
Klub 7 sentyabr 2024, 21:00 -
“Neftçi” PFK ilə “Rahat” brendi arasında sponsorluq müqaviləsi imzalanıb
Klub 5 sentyabr 2024, 19:00