Roman Qriqorçuk: “Komanda yenilənmə mərhələsindədir”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Araz-Naxçıvan” klubu ilə 4-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Vurduğumuz qolda heç bir problem görmürəm. Feyr-pley haqda danışmağa bir səbəb yoxdur. Həmin epizodda hər şeyi dəqiqliyi ilə görürdüm. Futbolçumuz ayağa qalxırdı və rəqibin topu kənara vurması üçün bir səbəb yox idi. Sizin işinizə hörmətlə yanaşıram, amma kapitanlıq sarğısının kimə verilməsi bizim daxili işimizdir, buna hörmətlə yanaşın. Vinger həm sağ, həm də sol cinahda eyni qaydada oynamağı bacarmalıdır. Hər oyundan əvvəl futbolçularla müzakirələr aparıb, onları təhlil edəndən sonra heyətlə bağlı qərar veririk. Ştoqrin üçün hansı cinahda oynamağın fərqi yoxdur. Futbolçuları həmin mövqelərdə oynatmaqda məqsədim rəqibin hücumlarını neytrallaşdırmaq üçün taktiki gediş idi. Hazırda təzyiqə az fikir verirəm. Çünki bilirəm ki, komanda yenilənmə mərhələsindədir. Biz transfer işlərini davam etdiririk. Başa düşürük ki, yeni transferlər komandaya gec qoşulublar və onlar istədiyimiz kimi hazır gəlməyiblər. Düşünürəm ki, milli komandanın oyunları ilə bağlı çempionatda yaranacaq fasilədən sonra daha yaxşı oynayacağıq. Mən öz işimə fundamental yanaşıram. Seçdiyimiz yolla davam edirik və əminik ki, yekunda çox yaxşı nəticələr göstərəcəyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir”
A Komanda 4 dekabr 2024, 22:16 -
“Neftçi” 1/4 finalda!
A Komanda 4 dekabr 2024, 20:36 -
“Neftçi” – “Difai” oyunu “Neftçi TV”də!
A Komanda 3 dekabr 2024, 19:00 -
Samir Abasov: “İkinci hissədə komanda şəklində belə reaksiya verməli deyildik”
A Komanda 1 dekabr 2024, 22:30