“Neftçi”dən qollu heç-heçə

24 avqust 2024, 22:44

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib . “Ağ-qaralar” 4-cü turda “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1. “Liv Bona Dea Arena”da baş tutan matçın 16-cı dəqiqəsində meydan sahiblərinin üzvü Ömər Buludov hesabı açsa da, 90+4-cü dəqiqədə hücumçumuz Ramil Şeydayev bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 4 oyundan sonra 3 xal toplayıb.