“Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən”

11 avqust 2024, 00:12

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Səbail” klubu ilə 2-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“İlk hissədə kifayət qədər qol epizodu yaratdıq, amma bunların çoxunu qola çevirə bilmədik. Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Biz başa düşürük ki, “Neftçi” hər oyun qalib gələrək, azarkeşlərinə qələbə sevinci yaşatmalıdır. Heç bir futbolçumun azarkeşlərə hər hansı bir formada etiraz etməsinə haqq qazandıra bilmərəm. Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən ki, sonda əziyyət çəkməyəsən”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: