“Neftçi” “Səbail”lə heç-heçə etdi

10 avqust 2024, 23:04

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 2-ci turda “Səbail”in qonağı olub. “ASCO Arena”da baş tutan matç heç-heçə nəticələnib – 1:1. 24-cü dəqiqədə Yuri Matias hesabı açsa da, 48-ci dəqiqədə Dmitro Litvin bərabərlik qolunu vurub.

Qeyd edək ki, 2 oyundan sonra 2 xal toplayan “Neftçi” 3-cü turda “Sabah”ı qəbul edəcək.