İsmayıl Zülfüqarlı icarəyə göndərilib

9 avqust 2024, 14:00

“Neftçi” PFK yetirməsi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini 2026-cı ilədək artırıb. Ardınca gənc futbolçu bu mövsümün sonunadək “Turan Tovuz” klubuna icarəyə göndərilib.

Qeyd edək ki, “ağ-qaralar”ın heyətində 5 mövsüm ərzində meydana çıxdığı 67 oyunda 4 qolun müəllifi olan Zülfüqarlı ötən mövsümün ikinci yarısını da icarə əsasında “Turan Tovuz”da keçirmişdi.