“Səbail”lə matçın hazırlığına başladıq

6 avqust 2024, 21:00

“Neftçi” Misli Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığına start verib. “Turan Tovuz”la matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlaşıb. Əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Cordano Domenikonun nəzarəti altında fitnes zalında məşq edən komandamızın üzvləri daha sonra hazırlığa yaşıl meydanda toplu çalışmalarla davam ediblər.

Qeyd edək ki, avqustun 10-u “ASCO Arena”da baş tutacaq “Səbail” – “Neftçi” matçı saat 21:00-da başlanacaq.